Əsas Səhifə > Müsahibə > "Mən əlimə plemyot alıb dağlara çıxanda erməni qaçırdı" - Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri

"Mən əlimə plemyot alıb dağlara çıxanda erməni qaçırdı" - Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri


21-10-2021, 13:46
"Mən əlimə plemyot alıb dağlara çıxanda erməni qaçırdı" - Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri

“Çox təəssüf ki, Şuşa haqqında çəkilən sənədli filmə mən dəvət edilməmişəm. Onlar əsasən İcra Hakimiyyətinə müraciət edirlər və təqdim olunanların da əksəriyyəti bilmirsən döyüşdə olub, yoxsa yox. Qalustuk bağlayanların hamısı indi müharibə veteranı olub. Ortalığa çıxıb xəcalət çəkmədən deyir ki, batalyon düzəltmişdim. Adam deyərlər ki, əgər batalyonun var idisə, Şuşanı niyə qoyub çıxırdın?!”

Rubrika.Az
bildirir ki, bunu Moderator.az-a açıqlamasında Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərov deyib. O, Şuşa və Laçının işğalına görə batalyon komandiri kimi istintaqda ittiham olunduğunu bildirib:

“Orda şəhid olanların birinin cəsədini götürüb çıxa bilmədim, imkanım çatmadı. Laçın və Şuşanın işğalıyla əlaqədar istintaqda hərbi hissə komandiri kimi mən ittiham olunmuşam və orda da bəraət almışam. Əgər onlar orda olubsa, çağırıb soruşmayıblar ki, daşıdığın səlahiyyətin niyə öhdəsindən gələ bilməyibsən?!

Şuşada atası şəhid olan dostumun övladı zəng vurub və biz indi aeroport yolunda Şuşayla bağlı sərgi açıblar ora gedirik. Baxmaq istəyirik ki, sərgidə Şuşayla bağlı nə var. O torpağı, yurdu tanıyan adamlar uşaqlıqdan o ruhda böyüyüblər. Vətənin ayağı-başı yoxdur. Şuşada olanda həmişə arzulayırdım ki, Təbrizə gedim, bununla bağlı yazılarım da var. Əgər Şuşada hansısa bina bərpa olunursa, orda şuşalının nəfəsi olmalıdır. Amma bu gün orda təmir-tikinti işlərində şuşalılar yoxdur. Bu da istər-istəməz arzu və istəklərin üstündən xətt çəkir. O torpaq uğrunda vaxtilə şəhid olan oğlanların heç birisinin valideynini ora düz-əməlli dəvət etməyiblər. Bu da hardasa təşkilatçılıqdan irəli gəlir.

Kim nə bilir ki, Azərbaycanda ilk dəfə Fəxrəddin Səfərov erməninin hərbi vertalyotunu vurub. Bunlar faktlardır. İndi mənimlə fəaliyyətdə olan tanıdığım adamıların sinəsi medalla doludur. Bəs mənim niyə yoxdur?! Mən əlimə plemyot alıb dağlara çıxanda erməni qaçırdı. Şuşanın komandiri mən olmuşam, burda ittiham olunmuşamsa, şəhər haqqında filmlər çəkiləndə məni də dəvət etməlidirlər. Polis batalyonunun komandiri Fərman Kərimov idi. Fərman yaralandı, qazi oldu, barmağını da kəsdi. Şuşada düşmənə qarşı ilk döyüşən polislər olub. Sonra milli ordu yarandı və biz könüllülər də onlara qoşulmuşuq. Yəni Fərmanla məndən başqa o haqda geniş məlumatı olan yoxdur”.

Rubrika.Az
Geri qayıt