Əsas Səhifə > Təhsil > Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb


21-10-2021, 15:23
Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib.

Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.(apa)

Rubrika.az
Geri qayıt