Əsas Səhifə > Dünya > Bu ölkə Azərbaycanın peyvənd pasportlarını tanıdı

Bu ölkə Azərbaycanın peyvənd pasportlarını tanıdı


22-10-2021, 16:06
Bu ölkə Azərbaycanın peyvənd pasportlarını tanıdı

..Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd pasportlarını tanıyıb.

Bunu mətbuat konfransında çıxışı zamanı Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Le Txi Txu Hanq bildirib.

O deyib ki, hökumətin COVID-19 pandemiyasına çevik və təhlükəsiz uyğunlaşma və ona nəzarət haqqında 1 oktyabr tarixli qərarına əsasən, Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd sertifikatlarını tanıyıb.

Bu siyahıya həmçinin Qazaxıstan, Rusiya, Türkiyə, Türkmənistan və s. ölkələr daxildir.

Rubrika.az
Geri qayıt