Əsas Səhifə > Qanun > Azərbaycan Prezidenti gələn ay Türkiyəyə səfər edəcək
Azərbaycan Prezidenti gələn ay Türkiyəyə səfər edəcək25-10-2021, 09:15 |
|
"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək". Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb. "Cənab Prezident İlham Əliyevin "Qardaşım" dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir bildirib. Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək. Rubrika.az Geri qayıt |