Əsas Səhifə > RubrikaTV Video > Bakıda “Gelandewagen”lə PPX avtomobili toqquşub - Polis əməkdaşı yaralanıb (VİDEO)
Bakıda “Gelandewagen”lə PPX avtomobili toqquşub - Polis əməkdaşı yaralanıb (VİDEO)26-10-2021, 10:40 |
|
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. O qeyd edib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Ağ Şəhər ərazisində qeydə alınıb. Belə ki, “Gelandewagen” markalı avtomobillə Post Patrul Xidmətinin avtomobili toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. http://baku.tv/embed/45643 Rubrika.Az Geri qayıt |