Əsas Səhifə > Səhiyyə > Nazirlik: “COVID-19 anadan körpəyə keçə bilər”
Nazirlik: “COVID-19 anadan körpəyə keçə bilər”27-10-2021, 10:35 |
|
Ana südündən körpəyə COVID-19 keçə bilməz. Rubrika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ginekoloq-cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib. “COVID-19-a yoluxmuş anadan körpəyə virus ana südü ilə keçə bilərmi?” sualına cavab olaraq həkim bildirib ki, aparılan araşdırmalar bunun mümkün olmadığını deməyə əsas verir: “Ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibbi maskanın istifadəsini və gigiyena qaydalarına riayət olunmasını tövsiyə edirik”. Rubrika.az Geri qayıt |