Əsas Səhifə > Siyasət > Prezident İlham Əliyev Miloş Zemanı təbrik etdi
Prezident İlham Əliyev Miloş Zemanı təbrik etdi27-10-2021, 15:19 |
|
..Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib. Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, mətndə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Çexiya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram". Rubrika.az Geri qayıt |