Əsas Səhifə > Təhsil > Distant təhsilə keçən məktəblərdən biri açıldı
Distant təhsilə keçən məktəblərdən biri açıldı29-10-2021, 10:22 |
|
..245 nömrəli tam orta məktəbdə əyani tədris bərpa olunub. Rubrika.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 29-da paytaxtdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub. Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Qeyd edək ki, koronavirusa yoluxmalar səbəbindən distant təhsilə keçən 697 sinifdən 155-i 2 həftəlik karantin müddətindən sonra ənənəvi təhsilə geri qayıdıb. Məlumata görə, hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir. Rubrika.az Geri qayıt |