Əsas Səhifə > Aktual > Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı29-10-2021, 11:45 |
|
..Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 6,5%-dən 7%-ə çatdırılması barədə qərar qəbul edib. Rubrika.az Qaynarinfo-a istinadla xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 7%-dən 8%-ə çatdırılıb. Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq. Rubrika.az Geri qayıt |