Əsas Səhifə > Şou Biznes > "Xəzər"ə getdiyi deyilən Dilarə Əliyeva barədə - Telekanaldan açıqlama
"Xəzər"ə getdiyi deyilən Dilarə Əliyeva barədə - Telekanaldan açıqlama29-10-2021, 14:19 |
|
..Mətbuatda əməkdar artist Dilarə Əliyevanın ARB televiziyasından ayrılması və Xəzər TV-də işə başladığı haqda xəbər yayılıb. Rubrika.az xəbər verir ki, Xəzər Media Mərkəzindən Teleqraf.com-a daxil olan məlumatda qeyd olunur ki, Xəzər televiziyası bütün peşəkarların üzünə açıqdır: “Xəzər televiziyası hər zaman Azərbaycan teleməkanında fəaliyyət göstərən bütün peşəkarların üzünə açıq olduğunu bildirir. Bu səbəbdən mütəmadi olaraq yaradıcı insanlar tərəfindən şirkətimizə layihə və əməkdaşlıq təklifləri daxil olur və dəyərləndirilir. Lakin tanınan simalarla aparılan danışıqlar yalnız yekunkaşdığı halda bu barədə ictimaiyyətə məlumat verilir". Qeyd edək ki, Dilarə Əliyeva ARB-də "Söhbət var" verilişinin aparıcısıdır. Rubrika.az Geri qayıt |