Əsas Səhifə > Səhiyyə > Həkim tövsiyəsi olmadan dərman qəbulu təhlükəlidir - TƏBİB

Həkim tövsiyəsi olmadan dərman qəbulu təhlükəlidir - TƏBİB


29-10-2021, 15:00
Həkim tövsiyəsi olmadan dərman qəbulu təhlükəlidir - TƏBİB


..Həkim tövsiyəsi olmadan dərman vasitəsi istifadə etmək təhlükəlidir.

Rubrika.az Milli.Az-a istinadən bildirir ki, bunu "Dərman təhlükəsizliyi və farmakonəzarət" mövzusunda çıxışında TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası dövründə xəstələr stasionar şəraitdə də dərman qəbul edirlər: "Bu zaman həkim nəzarəti olduğu üçün ciddi əlavə təsirlər müşahidə edilmir. Ancaq bəzən insanlar özləri antiviral, ineksion və digər vasitələrlə dərman qəbul edirlər. İneksion dərman vasitələrinin qəbulu hətta ölümə səbəb ola bilər. İnsanlar özbaşına dərman vasitələrinin qəbul edilməsindən çəkinməlidirlər".

Rubrika.az
Geri qayıt