Əsas Səhifə > Aktual > Rüsumun artırılması dərmanları bahalaşdıracaq? – Millət vəkili
Rüsumun artırılması dərmanları bahalaşdıracaq? – Millət vəkili1-11-2021, 14:25 |
|
.."Bu dəyişiklik dərman preparatlarının qiymətinin artımına gətirib çıxartmamalıdır". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumların artırılmasına aydınlıq gətirərkən deyib. Deputat bildirib ki, dövlət rüsumlarının artırılması ilə bağlı məsələ parlamentin sessiyasına çıxarılacaq: "Əslində, bu, dərman preparatlarının qiymətinin artmasına rəvac verməməlidir. Yox əgər bu dəyişiklik dərman preparatlarının qiymət artımına gətirib çıxaracaqsa, təbii ki, mən buna qarşı çıxacağam. Çünki bu gün onsuz da dərmanların qiyməti yüksəkdir və insanların onu almaq üçün maddi imkanı çatmır”. Razi Nurullayev əlavə edib ki, bu gün elə bir ailə yoxdur ki, dərman almasın: "Hər bir ailədə 3-5 nəfər varsa, onların hamısı özünə dərman alır. Ailənin düdcəsinin xeyli hissəsi dərman preparatlarına sərf olunduğundan bu, ailənin büdcəsinə ciddi təsir göstərir. Bu baxımdan bizim hazırkı vəziyyətimizdə, indiki bahalaşma dövründə dərman preparatlarının qiymətinin artması Azərbaycan vətəndaşlarının tam əleyhinə olan bir addımdır”. Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında” qanun müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır. Bu maddələrə əsasən, dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödəniləcək. Rubrika.az Geri qayıt |