Əsas Səhifə > Siyasət > Beynəlxalq Prokurorlar Assosiasiyasının iclası Bakıda keçiriləcək
Beynəlxalq Prokurorlar Assosiasiyasının iclası Bakıda keçiriləcək1-11-2021, 15:26 |
|
..Beynəlxalq Prokurorlar Assosiasiyasının iclası Bakıda keçiriləcək Bakı. Samir Əli - Trend: Beynəlxalq Prokurorlar Assosiasiyasının iclası Bakıda keçiriləcək. Rubrika.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, Azərbaycan bu konfransa 2024-cü ildə ev sahibliyi edəcək: "Tədbirdə bütün dövlətlərin baş prokurorlarının iştirakı nəzərdə tutulub. Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Baş Prokurorluğu arasında əməkdaşlıq yeni deyil. Azərbaycan nümayəndələri qurumun rəhbər orqanlarında təmsil olunur. 2021-ci ildə assosiasiya direktoru Azərbaycana səfər edib. Səfər çərçivəsində müəyyən məsələlər müzakirə olunub və qərara alınıb ki, 2024-cü ildə Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransı Bakıda keçirilsin". Rubrika.az Geri qayıt |