Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü - FOTO
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü - FOTO2-11-2021, 22:46 |
|
Son sutkada Azərbaycanda koronavirusa 2 178 yeni yoluxma faktı qeydə alınıb, 2 010 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 534 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497 363 nəfər müalicə olunaraq sağalıb, 7 132 nəfər vəfat edib, aktiv xəstə sayı 30 253 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 889, ötən müddət ərzində isə ümumilikdə 5 214 586 test aparılıb. Rubrika.az Geri qayıt |