Əsas Səhifə > Cəmiyyət > İstilik qiymətlərində artım olacaq? (RƏSMİ)
İstilik qiymətlərində artım olacaq? (RƏSMİ)3-11-2021, 11:25 |
|
..İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev məlumat verib. Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb. Hazırda əhali qrupu üzrə 1 kvadratmetr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır. Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.(Qaynarinfo.az) Rubrika.az Geri qayıt |