Əsas Səhifə > Səhiyyə > Koronavirusa yoluxanların sayı artdı, 21 nəfər öldü

Koronavirusa yoluxanların sayı artdı, 21 nəfər öldü


3-11-2021, 16:22
Koronavirusa yoluxanların sayı artdı, 21 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 256 yeni yoluxma faktı qeydə alınıb, 2 208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 45 561 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 418 nəfərdir.

Rubrika.Az
Geri qayıt