Əsas Səhifə > Dünya > Paşinyan Qarabağdakı işlərdən narazıdır - Baş nazir Arutyunyanla nədən danışıb?
Paşinyan Qarabağdakı işlərdən narazıdır - Baş nazir Arutyunyanla nədən danışıb?3-11-2021, 17:07 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanla görüşüb. RUBRİKA.AZ "AzPolitika.info"ya istinadla xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının bərpasının vacibliyindən danışılıb. İrəvanda keçirilən görüşdə Paşinyan 44 günlük Qarabağ müharibəsi bitəndən sonra Qarabağda normal həyatın bərpa olunduğunu iddia edən Paşinyan görülən işləri qənaətbəxş saymadığını da dilə gətirib. Baş nazir ümumi qəbul edilmiş prinsiplər, millətlərin öz müqəddəratını təyinetmə hüququ əsasında, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpasını, Dağlıq Qarabağ münaqişəsinin yekun və hərtərəfli həlli və Qarabağın statusunun müəyyənləşməsinin vacibliyini qeyd edib. Arutyunyan isə Xankəndində görülən işlərdən danışıb. RUBRİKA.AZ Geri qayıt |