Əsas Səhifə > Səhiyyə > Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı
Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı4-11-2021, 08:54 |
|
Rusiyada koronavirusdan ölənlərin sayı 1 189 nəfər artaraq (bir gün əvvəl 1 178 nəfər) 242 060 nəfərə çatıb. Bu, pandemiya başlayandan ən yüksək göstəricidir. Şərti ölüm nisbəti (son ölüm yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,8 % səviyyəsində qalıb. Xüsusilə, son sutkada Sankt-Peterburqda 86, Moskva vilayətində 53, Krasnodar vilayətində 43, Stavropol vilayətində 39, Perm vilayətində 37 ölüm halı qeydə alınıb. Koronavirusa yoluxanların sayı sutka ərzində 40 443 nəfər artaraq 8 633 643 nəfərə çatıb. Rubrika.Az Geri qayıt |