Əsas Səhifə > Aktual > Qlobal isinmə: "Hamı enerji təhlükəsizliyini nəzərə almalıdır" - Nazir

Qlobal isinmə: "Hamı enerji təhlükəsizliyini nəzərə almalıdır" - Nazir


5-11-2021, 11:10
Qlobal isinmə: "Hamı enerji təhlükəsizliyini nəzərə almalıdır" - Nazir

..Qlobal isinmə, iqlim dəyişmələri qarşımızda duran gündəmdir və problem olaraq qalır. Qlazqo Zirvə görüşündə çıxarılacaq nəticələr, öhdəliklər bizim imkanlarımızı formalaşdıracaq. Cari 10 il üçün müəyyən gündəliyi təsbit edəcək. Düşünürəm ki, bizim üçün vacib olan məsələlərə aydınlıq gətirəcək, öhdəliklərin konturları cızılacaq.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.

Onun sözlərinə görə, enerji keçidi elə təmin edilməlidir ki, hər hansı böhranla üzləşilməsin: "Hamı enerji təhlükəsizliyini nəzərə almalıdır. İqtisadiyyatın inkişafı üçün enerji ehtiyatları gərəkdir".

Rubrika.az
Geri qayıt