Əsas Səhifə > İdman > "Neftçi" və onun baş məşqçisi cəzalandırıldı

"Neftçi" və onun baş məşqçisi cəzalandırıldı


5-11-2021, 14:38
"Neftçi" və onun baş məşqçisi cəzalandırıldı

..AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə başlı qərarlarını açıqlayıb.

Rubrika.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ” azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib.

"Neftçi"yə isə eyni məbləğdə cərimə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün kəsilib.

Bundan başqa flaqmanın baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub isə daha 4000 manat ziyana düşüb.



Rubrika.az
Geri qayıt