Əsas Səhifə > İdman > AFFA-dan Samir Abasovla Aftandil Hacıyevə 5 oyunluq cəza
AFFA-dan Samir Abasovla Aftandil Hacıyevə 5 oyunluq cəza5-11-2021, 15:02 |
|
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan görüşlərdə qaydalar çərçivəsindən kənara çıxanlar haqda aşağıdakı cəza və cərimə qərarları qəbul olunub. "Zirə” – "Keşlə” oyununda qonaqların futbolçusu Tural Axundovun "sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması kluba 200 manata başa gəlib. Futbolçu isə 1 oyunluq cəzalanıb. Turun prinsipial qarşılaşması olan "Qarabağ” – "Neftçi” matçında hər iki klub cəza və cərimələrə məruz qalıb. "Qarabağ”ın azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib. "Neftçi”nin baş məşqçisi Samir Abasov isə azarkeşləri təhqir etdiyi üçün 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Kluba isə 4000 manat cərimə yazılıb. Abasovun şərti sınaq müddəti isə 3 ay təyin edilib. Bundan əlavə "Neftçi" futbolçularına görə də xərcə düşməli olacaq. 5 futbolçu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. "Sumqayıt" - "Səbail" matçında baş verənlər də diqqətdən kənarda qalmayıb. Sumqayıtdakı "Kapital Bank Arena"da tablo işləmədiyinə görə meydan sahibi klub 800 manat cərimələnib. Ən ağır cəzalar isə "Səbail"in baş məşqçisi Aftandil Hacıyevə və futbolçusu Nikolas Rayselə verilib. Raysel oyun zamanı "aqressiv hərəkət"ə görə meydandan qovulduğu üçün 4, baş məşqçi isə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalanıb. Bundan əlavə "Səbail" futbolçuya görə 3200, Aftandil bəyə görə isə 4000 manat cərimələnib. "Qəbələ” – "Sabah” oyununda "Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.(qaynarinfo) Rubrika.az Geri qayıt |