Əsas Səhifə > Aktual > Azad olunan ərazilərdə daha 316 mina aşkarlandı
Azad olunan ərazilərdə daha 316 mina aşkarlandı8-11-2021, 15:53 |
|
..Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan verilən məlumata görə, noyabrın 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 173, tank əleyhinə 143 mina və 93 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 121 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.(Teleqraf.com) Rubrika.az Geri qayıt |