Əsas Səhifə > Aktual > Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq

Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq


8-11-2021, 16:02
Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq

..Belarusun paytaxtı Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

Rubrika.az Milli.Az-a istinadən bildirir ki, bu barədə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Belarus dövlətinin başçısı Azərbaycan Prezidentinə bildirib ki, Belarus və Azərbaycan xalqlarının dostluğu əlaməti olaraq Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

Rubrika.az
Geri qayıt