Əsas Səhifə > Hadisə > Qobustan sakinini şantaj edən şəxs saxlanıldı
Qobustan sakinini şantaj edən şəxs saxlanıldı8-11-2021, 16:19 |
|
..Qobustan qəsəbə sakini hədələnib. Rubrika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Qaradağ Rayon polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 4-də Qobustan qəsəbə sakini olan bir kişinin şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 400 manat pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini O.Şəkərov müəyyən edilərək saxlanılıb.(Teleqraf.com) Araşdırma aparılır. Rubrika.az Geri qayıt |