Əsas Səhifə > Dünya > Paşinyan hökuməti qaçqınların pulunu kəsib - Hökumət binası önündə etiraz aksiyası keçirilib

Paşinyan hökuməti qaçqınların pulunu kəsib - Hökumət binası önündə etiraz aksiyası keçirilib


9-11-2021, 17:50
Paşinyan hökuməti qaçqınların pulunu kəsib - Hökumət binası önündə etiraz aksiyası keçirilib

44 günlük müharibə zamanı Hadrut və Şuşa şəhərlərindən Ermənistana qaçan bir qrup erməni bu gün hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, onlar sosial müavinətlərin azaldılmasına etiraz etməklə yanaşı, hökumətdən qaçqın statusu tələb ediblər.

Aksiyanın iştirakçılarından biri Levon Hayriyan jurnalistlərə müsahibəsində bildirib ki, iyul ayına qədər onlara adambaşına 30 min dram (təxminən 60 dollar) məbləğində sosial yardım verilib. Bundan başqa hökumət onlara kirayə haqqı ilə yanaşı 68 min dram (təxminən 125 dollar) məbləğində maddi yardım ödəyib.

Hazırda maliyyə yardımı artıq ödənilmir və icarə üçün nəzərdə tutulan məbləğ 25 min drama (50 dollar) qədər azaldılıb. O qeyd edib ki, bu kəsinti ərzaq məhsullarının bahalaşması fonunda baş verir.

Şuşadan İrəvana gələn Aşot Arutyunyan isə bildirib ki, hakimiyyət 1988-ci ildəki səhvi təkrarlayır.

O, İrəvan ətrafında qaçqınlar üçün şəhərcik salmağa çağırıb: “Beynəlxalq strukturlara müraciət edəndə bizdən ilk soruşduqları məsələ hökumətimizin bizi qaçqın kimi tanıyıb-tanımamasıdır. Azərbaycan hakimiyyətin belə şəhərcikləri hələ 1988-ci ildə tikmişdi".

Arutyunyanın sözlərinə görə, Qarabağdakı sepratçılar Hadrud və Şuşadan qaçanları üç il müddətinə mənzillə təmin edəcəklərinə inandırıb.

"Bəs, bu 3 il ərzində insanlar harada yaşamalıdırlar",-deyə o sual edib.

RUBRİKA.AZ
Geri qayıt