Əsas Səhifə > RubrikaTV Video > Türkiyədə bina çöküb, xəsarət alanlar var - CANLI

Türkiyədə bina çöküb, xəsarət alanlar var - CANLI


9-11-2021, 20:37
Türkiyədə bina çöküb, xəsarət alanlar var - CANLI

Türkiyənin şərqindəki Malatya şəhərində çökən köhnə binanın dağıntıları altından daha 2 nəfər çıxarılıb.

Bu barədə "TRT Haber" xəbər verir.

Bununla da dağıntılar altından çıxarılan yaralıların sayı 13-ə çatıb.

***

Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.

"Report" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Dağıntılar altından 9 nəfər yaralı halda çıxarılıb. Məlumata görə, dağıntılar altında 20-yə yaxın insan var.

Malatya Jurnalistlər Cəmiyyətinin sədr müavini Mikayıl Pelik bildirib ki, binanın birinci mərtəbəsində restoran, yuxarıda isə qəhvəxana yerləşir.

İnönü küçəsində yerləşən köhnə tikilinin naməlum səbəbdən uçduğu deyilir.

Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.


https://www.facebook.com/watch/?v=294368249238564

RUBRİKA.AZ
Geri qayıt