Əsas Səhifə > Dünya > Bizə deyirlər ki, Azərbaycanda nə işiniz var? - Ərdoğan
Bizə deyirlər ki, Azərbaycanda nə işiniz var? - Ərdoğan10-11-2021, 13:20 |
|
..Mustafa Kamal Atatürk Samsuna ayaq basdığı andan milli mübarizənin şanlı dövrü başlayıb. Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Atatürkü Anma Törəni”ndə belə deyib. O qeyd edib ki, hər fürsətdə qarşılarında poza verdikləri, amma içini bilmədikləri “Nutuk”da üç hədəf qeyd edilir: “Biz ölkəmizi dünyanın ən sivil dövlətləri səviyyəsinə qaldıracağıq, millətimizi ən geniş rifah imkanlarına çatdıracağıq. Xalqımız hər büdrəmədən sonra dövlətinə daha güclü sahib çıxıb. Mustafa Kamal Liviyada, Suriyada, Çanaqqalada, Qafqaz sərhədlərimizdə, Anadolunun hər qarışındadır. Bizə deyirlər ki, Azərbaycanda, Suriyada nə işiniz var? Bəs siz Kamalist idiniz, Atatürkün yolu ilə gedirdiniz? Onlar dürüst deyillər”. Türkiyə Prezidenti daha sonra deyib: “Biz ABŞ-da BMT binasının düz qarşısına Türk Evi inşa etdik. Və orada bəzilərinə mesajımızı ən gözəl şəkildə verdik. Qazi Mustafa Kamalın bu sərəncamı bugünkü Türkiyənin yol xəritəsidir. Türkiyə bu gün də Suriyada, Liviyada və Qafqazdadır. Rubrika.az Geri qayıt |