Əsas Səhifə > Hadisə > Təmir sexi içindəki maşınla yanıb kül oldu
Təmir sexi içindəki maşınla yanıb kül oldu10-11-2021, 13:46 |
|
..Lənkəranda avtomobil təmiri sexi yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 350 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələri satışı mağazası və çayxana) avtomobil təmiri sexinin lambirindən ibarət tavanı 70 m² sahədə yanıb. Yanğının təsirindəniçərisində təmirə dayanan “VAZ” və “Mercedes” markalı iki minik avtomobilinin yanar hissələri də alışıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.(Lent.az) Rubrika.az Geri qayıt |