Əsas Səhifə > Səhiyyə > Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxdu
Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxdu10-11-2021, 15:46 |
|
..Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub. Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Report-a 73 yaşlı mütəxəssisin özü məlumat verib. Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib. Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: "Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxardıb". Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub. O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb. Hazırda Şubina "Qaradağ" həndbol klubunun prezidentidir. Rubrika.az Geri qayıt |