Əsas Səhifə > Səhiyyə > Daha 1 876 nəfər COVID-19-a yoluxdu, 22 nəfər öldü
Daha 1 876 nəfər COVID-19-a yoluxdu, 22 nəfər öldü10-11-2021, 16:45 |
|
..Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 876 yeni yoluxma faktı qeydə alınıb, 2 248 nəfər müalicə olunaraq sağalıb. Rubrika.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 552 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513 648 nəfər müalicə olunaraq sağalıb, 7 342 nəfər vəfat edib, aktiv xəstə sayı 31 332 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 615, ötən müddət ərzində isə ümumilikdə 5 309 867 test aparılıb. Rubrika.az Geri qayıt |