Əsas Səhifə > Səhiyyə > ÜST rəhbəri COVID-19 peyvəndi ilə bağlı dövlətlərə çağırış edib
ÜST rəhbəri COVID-19 peyvəndi ilə bağlı dövlətlərə çağırış edib10-11-2021, 22:16 |
|
“80-ə yaxın ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2021-ci ilin sonunadək əhalinin ən azı 40%-ni COVID-19-a qarşı peyvənd etmək məqsədinə dünya ictimaiyyətinin köməyi olmadan nail ola bilməyəcək”. Bunu ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus bildirib. Onun sözlərinə görə, bu ölkələrin 50 faizi Afrika qitəsində yerləşir: “Bu problemi həll etmək üçün əlavə 550 milyon doza peyvənd lazımdır”. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib ki, COVID-19 peyvəndini bağışlamağa söz vermiş dövlətlər mümkün qədər tez vədlərini yerinə yetirəcək. Rubrika.az Geri qayıt |