Əsas Səhifə > Təhsil > Külək 11 məktəb binasına zərər vurub: dərsə davamiyyət azalıb
Külək 11 məktəb binasına zərər vurub: dərsə davamiyyət azalıb11-11-2021, 10:50 |
![]() Bakıda dünən axşamdan başlayan güclü külək səbəbindən 11 orta məktəbin binasına zərər dəyib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, paytaxtın 39, 113,167, 173, 186, 204, 260, 265, 298, 314 və 319 saylı məktəblərinin dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub. Müvafiq mütəxəssislər məktəblərdə olub, ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib.Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək. Həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir. Rubrika.az Geri qayıt |