Əsas Səhifə > Dünya > Rusiya PUA əleyhinə yeni silah yaradıb?
Rusiya PUA əleyhinə yeni silah yaradıb?11-11-2021, 15:52 |
![]() Rusiya Ümumqoşun Silahlı Qüvvələr Akademiyası dronlardan qorunmaq üçün yeni müdafiə sistemi hazırladığını bildirib. “Rospatent”in saytında yayımlanan məlumata görə, elektrik yüklü şəbəkəli günbəzi xatırladan müdafiə səddi üçün patent 2021-ci ilin oktyabrında verilib. Müdafiə günbəzi iki şəbəkəli günbəzdən, radioelektron aşkarlama vasitələrindən, avtomatlaşdırılmış operator məntəqəsindən, videomüşahidə vasitələrindən ibarətdir. İddiaya görə, vacib obyektlərin qorunması üçün nəzərdə tutulan sistem PUA-ların sayını, trayektoriyasını müəyyən etməyə imkan verir. Əlavə etmək qalır ki, bu nəzəri sistemin real döyüş vəziyyətində sınaqdan necə çıxdığını görmək əla olardı. Çünki Rusiya Hərbi-Sənaye Kompleksinin təbliğatının real işindən dəfələrlə qabaqda getməsi artıq heç kimi təəccübləndirmir. RUBRİKA.AZ Geri qayıt |