Əsas Səhifə > Səhiyyə > Son sutkada vaksin olunanların sayı AÇIQLANDI - FOTO
Son sutkada vaksin olunanların sayı AÇIQLANDI - FOTO11-11-2021, 23:11 |
|
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 265 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 981, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 296 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 454 456, “buster” doza üzrə vaksinasiya olunanların ümumi sayı isə 521 493 təşkil edir. Rubrika.Az Geri qayıt |