Əsas Səhifə > Səhiyyə > Azərbaycanda bir gündə 30 nəfər koronavirusdan öldü - FOTO
Azərbaycanda bir gündə 30 nəfər koronavirusdan öldü - FOTO11-11-2021, 23:46 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 554 096 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 516 013 nəfər müalicə olunaraq sağalıb, 7 372 nəfər vəfat edib, aktiv xəstə sayı 30 711 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 350, ötən müddət ərzində isə ümumilikdə 5 321 217 test aparılıb. Rubrika.Az Geri qayıt |