Əsas Səhifə > Hadisə > DİN Oğuzda polisin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı
DİN Oğuzda polisin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı12-11-2021, 13:51 |
|
..Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. Rubrika.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, noyabrın 12-də saat 4 radələrində şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır. Oğuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, yol qəzasında ölən və yaralanan şəxslər Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdırlar. Rubrika.az Geri qayıt |