Əsas Səhifə > Dünya > Liviya konfransından öncə kritik Ankara-Paris müzakirəsi

Liviya konfransından öncə kritik Ankara-Paris müzakirəsi


12-11-2021, 14:12
Liviya konfransından öncə kritik Ankara-Paris müzakirəsi

..Fransa və Türkiyə arasında kritik müzakirələr baş tutub.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyə xarici işlər nazirinin müavini və böyük səfir Sədat Önal Fransa Prezidenti Makronun diplomatik sözçüsü, böyük səfir Emmanuel Bonne ilə bir araya gəlib.

Görüşdə Türkiyə-Fransa əlaqələri, Liviya, Suriya və Livan başda olmaqla regional məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu gün Parisdə Liviya konfransı keçirilir. Türk diplomat bu konfransda iştirak məqsədilə Fransaya gedib.

Rubrika.az
Geri qayıt