Əsas Səhifə > Maraqlı > Ordunun tabor komandirləri arasında yarış keçirildi - Foto
Ordunun tabor komandirləri arasında yarış keçirildi - Foto12-11-2021, 15:04 |
|
..2021-ci ilin hazırlıq planına əsasən Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib. Rubrika.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Yarışda motoatıcı və dağatıcı tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Sonra praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib. Komissiya tərəfindən aparılan qiymətləndirilmədə ən yüksək nəticələr əldə edən zabitlər "Ən yaxşı motoatıcı (dağatacı) tabor komandiri" adına layiq görülüblər. ![]() Rubrika.az Geri qayıt |