Əsas Səhifə > Gündəm > “Beynəlxalq hüququ və milli ləyaqətimizi bərpa etdik” - Azərbaycan lideri

“Beynəlxalq hüququ və milli ləyaqətimizi bərpa etdik” - Azərbaycan lideri


12-11-2021, 16:50
“Beynəlxalq hüququ və milli ləyaqətimizi bərpa etdik” - Azərbaycan lideri ..“Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın işğaldan azad olunmasını sevinclə və qürurla qeyd etdi. Biz təxminən 30 illik işğala son qoyduq”. Rubrika.az-ın Teleqraf.com-a istinadən xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib. “Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik. Beynəlxalq hüququ bərpa etdik. Milli ləyaqətimizi bərpa etdik”, - Prezident vurğulayıb. Rubrika.az
Geri qayıt