Əsas Səhifə > İdman > DÇ-2022: Daha 2 ölkə final mərhələsinə vəsiqə qazanacaq
DÇ-2022: Daha 2 ölkə final mərhələsinə vəsiqə qazanacaq15-11-2021, 09:42 |
|
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun daha 8 görüşü keçiriləcək. C, F və I qruplarında oynanılacaq qarşılaşmaların hamısı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. C qrupunda İtaliya millisi səfərdə Şimali İrlandiya ilə, İsveçrə isə evdə Bolqarıstanla qarşılaşacaq. Hazırda "Skuadra Adzurra" yalnız top fərqinə görə isveçrəliləri üstələyir. Bu mənada, komandalar final mərhələsinə birbaşa vəsiqə üçün xal ititrməməklə yanaşı, böyük hesablı qələbə qazanmağa çalışacaqlar. F qrupunda bütün suallara aydınlıq gəldiyindən, Şotlandiya - Danimarka qarşılaşması formal xarakter daşıyacaq. 27 xala malik Danimarka seçməsi final mərhələsinə, 20 xalı olan Şotlandiya isə pley-offa vəsiqəni əvvəlcədən rəsmiləşdirib. İsrail - Farer adaları və Avstriya - Moldova qarşılaşmalarının nəticələri isə 3-cü pillənin taleyinə aydınlıq gətirəcək. I qrupuna başçılıq edən İngiltərə millisi final mərhələsinin bir addımlığındadır. San Marinonun qonağı olacaq britaniyalıları heç-heçə də qane edəcək. İkinci sırada yer alan Polşa yığması isə mundiala birbaşa yollanmaq üçün evdə Macarıstana böyük hesabla qalib gəlib İngiltərənin "cırtdanlar"a uduzmasını gözləməlidir. Albaniya - Andorra görüşü ilə yanaşı, bu matçın nəticəsi həm də 3-cü yerin taleyinə aydınlıq gətirəcək. DÇ-2022, seçmə mərhələ X tur 15 noyabr C qrupu 23:45. Şimali İrlandiya - İtaliya 23:45. İsveçrə - Bolqarıstan Xal durumu: İtaliya 15 (7 oyuna), İsveçrə - 15 (7), Şimali İrlandiya - 8 (7), Bolqarıstan - 8 (7), Litva - 3 (8) F qrupu 23:45. İsrail - Farer adaları 23:45. Şotlandiya - Danimarka 23:45. Avstriya - Moldova Xal durumu: Danimarka - 27, Şotlandiya - 20, İsrail - 13, Avstriya - 13, Farer adaları - 4, Moldova - 1 I qrupu 23:45. San Marino - İngiltərə 23:45. Albaniya - Andorra 23:45. Polşa - Macarıstan Xal durumu: İngiltərə - 23, Polşa - 20, Albaniya - 15, Macarıstan - 14, Andorra - 6, San Marino - 0. Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.(report) RUBRIKA.AZ Geri qayıt |