Əsas Səhifə > İdman > Azərbaycan millisinin yen baş məşqçisi müəyyənləşdi
Azərbaycan millisinin yen baş məşqçisi müəyyənləşdi15-11-2021, 10:11 |
|
..Türk mütəxəssis Samet Aybaba Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olduğunu təsdiqləyib. Rubrika.az Qaynarinfo-a istinadən xəbər verir ki, bu barədə mütəxəssis Türkiyə mətbuatına açıqlamasında bildirib. Samet Aybaba danışıqların davam etdiyini və son qərarın verilməsinə çox az vaxt qaldığını vurğulayıb. "Star"ın məlumatına görə, məşqçi təklifi qəbul edib. Samet Aybaba tezliklə rəsmi müqaviləyə qol əkəcək. Qeyd edək ki, 66 yaşlı mütəxəssis karyerası ərzində Türkiyənin "Kayserispor", "Adana Dəmirspor", "Ankaragücü", "Vanspor", "Gənclərbirliyi", "Qaziantepspor", "Trabzonspor", "Ankaraspor", "Çaykur Rizəspor", "Bursaspor", "Bucaspor", "Beşiktaş", "Antalyaspor", "Eskişəhərspor" və "Sivasspor" klublarını çalışdırıb. Rubrika.az Geri qayıt |