Əsas Səhifə > Hadisə > Füzulidə ata və qızı turşudan zəhərləndi – Biri öldü
Füzulidə ata və qızı turşudan zəhərləndi – Biri öldü15-11-2021, 11:22 |
|
..Ötən gün "Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı Füzuli rayonundan 2 nəfər (ata və qızı) daxil olub. Rubrika.az Qaynarinfo-a istinadən xəbər verir ki, pomidor turşusundan zəhərlənən 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyevanın vəziyyətləri Mərkəzə gətirilərkən ağır olub. Həkimlərin səylərinə baxmayaraq, ata R.Mirzəyev dünyasını dəyişib. Qızı A.Mirzəyeva reanimasiyadadır, vəziyyəti kəskin ağırdır. Qeyd edək ki, turşudan zəhərlənən ata və qızı noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər. Rubrika.az Geri qayıt |