Əsas Səhifə > Cəmiyyət > Ötən sutka 11 nəfər xilas edildi - FHN

Ötən sutka 11 nəfər xilas edildi - FHN


15-11-2021, 11:57
Ötən sutka 11 nəfər xilas edildi - FHN

..Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi evin tikintisi zamanı pilləkəninin uçması nəticəsində uçqun altında qalan 1 nəfər və Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında batma təhlükəsi olan 1 nəfər xilas edilib.


Rubrika.az
Geri qayıt