Əsas Səhifə > Hadisə > Tovuzda ağır qəza: 1 ölü, 6 yaralı - Foto
Tovuzda ağır qəza: 1 ölü, 6 yaralı - Foto15-11-2021, 12:19 |
|
..Tovuzda 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Rubrika.az Teleqraf.com-a əsasən məlumat verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib. "VAZ-21011" markalı minik maşını ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov dünyasını dəyişib. 1998-ci il təvəllüdlü Aslanova Ayşə Vidadi qızı, 1991-ci il təvəllüdlü Alıyev Sabir Məzahir oğlu, 1963-cü il təvəllüdlü Məmmədova Rəna İdris qızı, 1992-ci il təvəllüdlü Həsənov Əmrah Şəhadət oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Siyavuş Aslan oğlu və 1997-ci il təvəllüdlü Əliyev Fəzail Məzahir oğlu isə yaralanıb. Yaralıların bir qismi Tovuz rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Gəncə şəhərinə aparılıb. ![]() ![]() ![]() Rubrika.az Geri qayıt |