Əsas Səhifə > Dünya > 4 dövlətdən Türkiyəyə qarşı hərbi təlim - Aralarında müsəlman ölkələri də var
4 dövlətdən Türkiyəyə qarşı hərbi təlim - Aralarında müsəlman ölkələri də var15-11-2021, 12:47 |
|
..Yunanıstan, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Şərqi Aralıq dənizində, Krit adasının cənub şərqində və Pelopeniz yarımadası sahillərində keçirəcəyi “Meduza-11” adlı təlimlərə start verir. Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, daha çox Türkiyəyə qarşı hesab olunan təlimlər bu gün başlayır və noyabrın 22-nə qədər davam edəcək. Qeyd olunur ki, təlimlərə Cənubi Kipr Respublikası da dəvət olunub. Yunan mediası iddia edib ki, “Meuza-11” təlimlərinin bəzi hissələrinin Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanan dəniz sərhədlərinə nəzərdə tutulan ərazilərdə keçiriləcək. Xəbərə görə, təlimə Misirin vertolyot meydançalı 1 döyüş gəmisi, Yunanıstanın 1 freqat və F-16, BƏƏ-nin isə döyüş təyyarələri qatılacaq. Cənubi Kipr isə təlimdə hərbi heyətlə iştirak edəcək. Rubrika.az Geri qayıt |