Əsas Səhifə > Hadisə > Yevlaxda əməliyyat - Həbs olunanlar var
Yevlaxda əməliyyat - Həbs olunanlar var15-11-2021, 12:57 |
|
..Yevlax rayonunda qəbiristanlıqdan oğurluq edilib. Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Yevlax rayon polis şöbəsinə Malbinəsi kənd qəbiristanlığındakı 2 məzarın ətrafından 4 000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıblar. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |