Əsas Səhifə > Cəmiyyət > Namiq Nəbiyevdən türk infeksionistin “Sinovak”la bağlı iddiasına cavab
Namiq Nəbiyevdən türk infeksionistin “Sinovak”la bağlı iddiasına cavab15-11-2021, 13:41 |
|
.."Bu, sübut olunmamış nəticədir”. Rubrika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun "2 doza "Sinovac" vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır” fikirinə aydınlıq gətirərkən deyib. İnfeksionistin sözlərinə görə, bu, vətəndaşları 3-cü doza vaksin vurdurmağa səsləməkdir: "Demək istəyir ki, 3-cü doza vaksini vurdurmaq vacibdir. Avropa sintetik üsulla alınan vaksinlərə üstünlük verir. Onlar da Avropaya çıxışla əlaqədar olaraq bu fikiri səsləndirirlər. Hazırda Azərbaycanda insanlar 3-cü doza olaraq "Sinovac”a üstünlük verir. Məsələn, mən özüm özüm iki dəvə "Sinovac” vurdurmuşam. İndi 3-cü doza olaraq da bu vaksini vurduracağam. Bunlar mənasız söhbətlərdir, insanlar ümidsizliyə qapılmasın və sintetik üsülla alınan vaksinlərə üstünlük verilsin deyə bu fikirləri səsləndirirlər”. Namiq Nəbiyevin fikirincə, sintetik üsulla alınan vaksinlər bir başa immunitet yaratmaq üçündür: "Sinovac”dan fərqli olaraq "Pfizer” və digərləri daha effektlidir. Çünku bunlar sintetik üsula alınır”. Qeyd edək ki, İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoy açıqlamasında bildirib ki, 2 doza "Sinovac" vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır: "İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar". Rubrika.az Geri qayıt |