Əsas Səhifə > Dünya > Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının istintaqı başa çatdı
Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının istintaqı başa çatdı17-11-2021, 10:27 |
|
..Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Rubrika.az “Report”-a istinadən xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Rubrika.az Geri qayıt |