Əsas Səhifə > Araşdırma > “Bakı Metropoliteni”ndə ciddi yoxlamalar - Zaur Hüseynovun qurumunda pozuntular
“Bakı Metropoliteni”ndə ciddi yoxlamalar - Zaur Hüseynovun qurumunda pozuntular17-11-2021, 10:27 |
|
Hesablama Palatası "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yoxlamalar aparıb. Başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlamalar QSC-nin tərkibində olan bütün qurumlarda aparılıb. Nəticədə iş və xidmətlərin dəyərinin, həmçinin həcminin artıq müəyyən edilməsi və digər başqa ciddi nöqsanlar aşkarlanıb. Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Qaynarinfo-nun sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-də yoxlamaların aparıldığını təsdiqləyib: "QSC-də audit yoxlamaları olub və artıq başa çatdırılıb. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq təsdiq edildikdən sonra nəticələri ictimaiyyətə açıqlanacaq”. Qeyd edək ki, 2014-cü ildən "Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovdur. Metro rəisi son vaxtlar övladlarına və xanımına məxsus bahalı avtomobilləri və adlarının baş hərfinə uyğun nömrələri ilə gündəmə gəlib.(qaynarinfo) Rubrika.Az Geri qayıt |