Əsas Səhifə > Hadisə > Atasının pensiyasını almaq üçün meyiti 1 il gizlətdi

Atasının pensiyasını almaq üçün meyiti 1 il gizlətdi


17-11-2021, 14:11
Atasının pensiyasını almaq üçün meyiti 1 il gizlətdi

..Yaponiyada atasının meyitini bir il evdə saxlayan 54 yaşlı şübhəli saxlanılıb.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Yaponiyanın Mie əyalətində olub.

54 yaşlı Takaşi Morişita keçən il ölən atasının cəsədini evdə gizlədib. O, polisə zəng edərək cinayətini etiraf edib.

Polisin apardığı texniki müayinələrdə həmin şəxsin anasının 4 gün əvvəl eyni evdə öldüyü müəyyən edilib. Şəxs polisə verdiyi ifadəsində valideynlərinin təqaüdlərini almaq üçün ölüm xəbərini vermədiyini deyib.

Meyitlərin dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Rubrika.az
Geri qayıt